İstifadə Qaydaları və Şərtlər

Webpos.az platformasından istifadə etməklə siz aşağıdakı şərtləri tam qəbul etdiyinizi təsdiqləyirsiniz.

1. Lisenziya və İstifadə Hüququ

Webpos.az istifadəçiyə bulud əsaslı POS proqram təminatından istifadə üçün ötürülə bilməyən, eksklüziv olmayan, məhdud bir lisenziya hüququ verir. Proqram kodlarının kopyalanması, modifikasiya edilməsi və ya tərs mühəndislik (reverse engineering) edilməsi qadağandır.

2. Abunəlik, Ödəniş və Tariflər

Xidmətlər seçilmiş tarif paketinə uyğun olaraq öncədən ödəniş (abunəlik) əsasında təqdim edilir. Ödəniş vaxtında edilmədikdə, sistemə giriş və funksionallıq avtomatik məhdudlaşdırılır. Şirkət tarif qiymətlərini 30 (otuz) təqvim günü öncədən istifadəçiyə xəbərdarlıq etməklə dəyişmək hüququnu saxlayır.

3. Offline Rejim və Məlumat İtkisi Məsuliyyəti

Proqramın internet bağlantısı olmadan (offline) işləməsi zamanı məlumatların cihazın daxili yaddaşında saxlanılması və cihazın fiziki təhlükəsizliyi istifadəçinin məsuliyyətindədir. Cihazın sıfırlanması (reset), brauzer keşinin təmizlənməsi və ya tətbiqin lokal datalarının silinməsi səbəbindən bulud serverlərinə sinxronizasiya olunmamış məlumatların itkisinə görə platforma heç bir məsuliyyət daşımır.

4. Dataların Yedəklənməsi (Backup) və Hesabın Silinmesi

Platforma aktiv istifadəçilərin datalarının mütəmadi olaraq bulud serverlərində yedəklənməsini təmin edir. Lakin abunəlik müddəti bitmiş və ödənişi 60 (altmış) gündən çox gecikdirilmiş hesabların datalarının serverlərdən tamamilə silinməsi hüququ Webpos.az-a məxsusdur. Silinən dataların bərpası mümkün deyil.

5. Maliyyə, Vergi və Kontent Məsuliyyəti

Webpos.az yalnız ticarət prosesini asanlaşdıran texniki proqram təminatıdır. İstifadəçi tərəfindən sistemə daxil edilən malların, qiymətlərin, müştəri məlumatlarının doğruluğuna, həmçinin yerli qanunvericilik və vergi bəyannamələrinin düzgün aparılmasına görə platforma heç bir hüquqi və ya maliyyə məsuliyyəti daşımır.

6. Hesab Təhlükəsizliyi və Giriş Məlumatları

İstifadəçi öz daxilolma məlumatlarının (şifrə, pin-kod və istifadəçi adı) gizliliyini qorumalıdır. Bu məlumatların üçüncü şəxslərə ötürülməsi və ya zəif şifrə seçimi səbəbindən hesaba kənar müdaxilə edilməsi zamanı yaranan zərərlərə görə birbaşa istifadəçi cavabdehdir.

7. Məsuliyyətin Məhdudlaşdırılması (Disclaimer)

Webpos.az proqram təminatının fasiləsiz işləməsi üçün maksimum texnoloji səy göstərir. Lakin qlobal server (data-center) kəsintiləri, fors-major hallar, dövlət tərəfindən internetə qoyulan məhdudiyyətlər və ya yerli internet provayderlərinin xətalarından qaynaqlanan müvəqqəti dayanmalara görə yarana biləcək birbaşa və ya dolayısı ilə dəymiş ziyana (mənfəət itkisi, ticarətin dayanması) görə platforma kompensasiya ödəmir.

8. Müddəaların Dəyişdirilməsi

Şirkət bu şərtləri istənilən vaxt Saytda dərc etməklə yeniləyə bilər. Yenilənmiş şərtlər dərc edildiyi tarixdən qüvvəyə minmiş hesab olunur.

Son yenilənmə: 01.01.2025